Qəzzada şəhid olanların sayı 33 nəfərə çatıb
İşğalçı İsrail əsgərlərinin Qəzza sərhəddində dink aksiya keçirən fələstinlilərə atəş açması nəticəsində daha bir gənc şəhid olub. Maide.Az “Dünya Bülteni”-ə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Eşrəf əl-Kudranın verdiyi yazılı açıqlamada bildirilir ki, bu gün Qəzzanın şərqində sərhəddə işğalçı İsrail rejiminin əsgərlərinin açdığı atəş nəticəsində yaralanan 28 yaşlı Abdullah Muhəmməd Əş-Şəhri Xan Yunus xəstəxanasında şəhid olub. Məlumatda bildirilir ki, onun şəhid olması ilə martın 30-dan keçirilən “Böyük Qayıdış Yürüşü” aksiyalarında şəhid olan fələstinlilərin sayı 33 nəfərə çatıb, yaralananların sayı isə 3088-ə çatıb. Qeyd edək ki, 1948-ci ildə içğalçı İsrail tərəfindən doğma torpaqlarından didərgin düşmüş fələstinlilər qayıdış hüququnu müdafiə etmək üçün “Böyük Qayıdış Yürüşü” keçirirlər. Sionis rejim rəhbərliyi sərhədi keçən aksiyaçıları vurmaq barədə əmr verib.