Maide.az

Qəzza bölgəsində “Refah” keçidi 3 günlük açılıb

2013-cü ildən etibarən hərbi müdaxilələrlə əlaqədar Qəzza bölgəsində “Refah” sərhəd keçidini bağlayan Misir hökuməti sərhəd buraxılış məntəqəsini 3 günlük açdığını elan edib.    Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, xəstələr və müvəqqəti məskunlaşma icazəsi olanların, o cümlədən də xarici pasporta sahib şəxslərin “Refah” sərhəd keçid məntəqəsindən istifadəsinə icazə verilir.    Fələstinin  Qahirədəki səfirliyinin verdiyi açıqlamaya görə,  Misir rəsmiləri  "Refah"  sərhəd buraxılış məntəqəsini  bu gündən 3 gün müddətinə iki tərəfli açılmasına  qərar qəbul ediblər.    2006-cı ildən bu vaxtadək mühasirəyə alınan Qəzzanın digər ölkələrə açılan 7 sərhəd qapısından “Refah” istisna olmaqla, 6-sı işğalçı İsrail rejiminin nəzarəti altındadır.