Maide.az

Qəzza xəstəxanalarında vəziyyət acınacaqlıdır

Sionist İsrail rejiminin Fələstini blokadada saxlaması bölgədə dərman qıtlığına səbəb olub. Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, Qəzza şəhərindəki xəstəxanalarda vəziyyət ağırdır.  Qəzzadakı Səhiyyə Nazirliyindəki rəsmilər "Press TV"-nin müxbirinə verdiyi açıqlamada bildiriblər ki, dərman tələbatları var və xəstəxanalarda dərman qıtlığı yaşanır.    Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail rejiminin 2017-ci ildə müalicə üçün icazə vermədiyi 54 xəstə ölüb. Misirin Rəfah sərhəd keçid məntəqəsini bağlanması ilə Qəzzadakı böhran daha da dərinləşib.  Qeyd edək ki, 1.85 milyonluq əhalisi olan Qəzza zolağı, 2007-ci ilin iyun ayından etibarən işğalçı İsrail rejimi tərəfəindən mühasirədə saxlanılır.