Qərib dənizində zəlzələ 9 ölkəni silkələdi
Qərib dənizində çatlar üzərində 7,6 bal gücündə zəlzələ baş verib. Amerikanın geoloji Araşdırma Mərkəzi (USGS) bu barədə xəbər verib. Bildirilir ki, 10 km dərinlikdə baş verən sarsıntı demək olar Qərib dənizinin bütün sahilinə təsir edib. USGS bildirir ki, Honduras və Kayman adaları arasında meydana gələn böyük zəlzələ Meksika, Nikaraqua, Qvatemala, Salvador, Beliz, Kuba, Yamayka kimi ölkələrdə də hiss edilib. Hondurasda 12 saatlıq sunami təhlükəsi elan edilib. Qeyd edək ki, regionda sonuncu dəfə dağıdıcı zəlzələ ötən il Meksikada baş vermişdi. Sentyabr ayında bütün ölkəni sarsıdan təkanlarda 200-dən artıq insan həlak olmuşdu. (FaktXeber)