Qəzza ətrafında işğalçı rejimin beton divar tikməsinə Həmasın reaksiyası
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) işğalçı sionist rejimin Qəzza zolağı ətrafında beton divar tikməsinə reaksiya verib və bildirib ki, bu addım müqavimət qüvvələrini qıcıqlandırmaq məqsədilə atılır. Maide.Az “AA”-a istinadən xəbrə verir ki, Əbdüllatif əl-Kanu Qəzza zolağı ətrafında tikilən beton divarın qanunsuz tikildiyini və bölgədəki gərginliyi dahada gücləndirəcəyini bildirib. “İsrail Qəzza zolağı ətrafında beton divar tikməsilə Fələstin müqavimət qruplarını qıcıqlandırır və bunun nəticələrini qəbul etmək məcburiyyətindədir. Bu divar işğalçı rejimə sabitlik gətirməyəcək”. Sionist rejim qüvvələri bir neçə aydır ki, Qəzza zolağı və Fələstinin işğal olunmuş ərazilərini ayıran sərhəddə yerin altında və üstündə qalın divar tikməyə başlayıb. İşğalçı rejim KİV-lərinin məlumatına görə, bu divarın uzunluğu 64 kilometrdir. Bildirilir ki, divarda inkişaf etmiş texnologiyalardan istifadə olunacaq və yer altı tunellərin qazılmasının qarşısı alınacaq. Divarın 2 il müddətinə başa çatacağı bildirilir.