Qədim Quran əlyazmaları və xətt nümunələri sərgisi - FOTOLAR
Xəbər verdiyimiz kimi, İstanbulda Türk və İslam əsərləri muzeyində mart ayının 5-dən may ayının 10-dək qədim Quran əlyazmaları və xətt nümunələri sərgisi təşkil olunur. Maide.az xəbər verir ki, "Möcüzəli kitabın möhtəşəm xətti "Kufi" xətti" adı ilə keçirilən sərgidə 150 qədim əlyazma Quran nümunələri, əlyazmalar və xüsusi ilə “Kufi” xətt növü ilə yazılmış əlyazma Quranlar sərgilənir. Sərginin təşkilindən məqsəd Kufi xətt növünün təkamülü prosesinin araşdırılmasıdır. Maide.az-ın xüsusi müxbiri həmin sərgidə olub. Sərgidən hazırlanan fotoları oxucularımıza təqdim edirik. /