Qədim Quran əlyazmaları və xətt nümunələri sərgisi təşkil olunacaq
Şənbə günündən İstanbulda Türk və İslam əsərləri muzeyində iki ay müddətinə qədim Quran əlyazmaları və xətt nümunələri sərgisi təşkil olunacaq. Maide.az xəbər verir ki, sərgidə 150 qədim əlyazma Quran nümunələri, əlyazmalar və xüsusi ilə “Kufi” xətt növü ilə yazılmış əlyazma Quranlar sərgilənəcək. Sərginin təşkilindən məqsəd Kufi xətt növünün təkamülü prosesinin araşdırılmasıdır. /