Maide.az

Qətər Əmiri Azərbaycana səfərə gəlir

Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani martın 8-də Azərbaycana rəsmi səfərə gələcək. Modern.az saytı xəbər verir ki, bu  barədə  Trend-ə diplomatik mənbələrdən məlumat verilib.   Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunacaq.     Səfər iki gün davam edəcək./