Maide.az

Qərbi Afrikada `Ebola` virusundan ölənlərin sayı 11 mini keçib

Qərbi Afrikada “Ebola” virusundan ölənlərin sayı 11 200 nəfərə çatıb.   Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir.   Iyunun 16-dan etibarən Qərbi Afrikada 38 nəfər ölümcül virusun qurbanı olub, xəstəliyə 134 yeni yoluxma halları qeydə alınıb.   Epidemiya başlanandan Qvineya, Liberiya və Syerra-Leonedə 27 443 yoluxma, 11 207 ölüm halı qeydə alınıb. Liberiyada 10 666 yoluxma və 4 806 ölüm halı qeydə alınıb.   Qeyd edək ki, mayın 9-da Ümumdünya Səhiyyə Təşkilatı Liberiyanı  virusdan tam azad olduğunu elan edilib. Lakin Qvineyada və Syerra Leonedə xəstəlik tügyan etməkdə davam edir. Sierra-Leonedə xəstəliyə 13 059 nəfər yoluxub, 3 928 nəfər ölüb,  Qvineyada 3 718 nəfər xəstələnib, 2 473 nəfər həyatını itirib.   Bundan başqa Mali, Nigeriya, Seneqal, İspaniya, Böyük Britaniya və ABŞ-da da Ebola virusuna yoluxma halları qeydə alınıb.