Maide.az

Qəzaya düşən səfir öldü

Pakistanda "Mi-17" helikopterinin qəzaya uğraması nəticəsində ölən səfirlərin sayı üçə çatıb.   AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisədən sonra Sinqapur xəstəxanasına yerləşdirilən İndoneziya səfiri Burhan Məhəmməd vəfat edib.    Daha əvvəl yayılan məlumatlarda insident zamanı səfirin bədəninin 75%-in yandığı bildirilirdi.    Xatırladaq ki, mayın 8-i Pakistanda baş verən helikopter qəzası nəticəsində Norveç və Filippinin bu ölkədəki səfirləri, Malayziya və İndoneziya səfirlərinin xanımları həlak olub.   Ümumilikdə qəza nəticəsində pilotlar da daxil olmaqla 7 nəfər ölüb, Polşa və Niderlandın Pakistandakı səfirləri yaralanıblar. Hadisə vaxtı helikopterin göyərtəsində ümumilikdə 11 nəfər olub. Yaralananların vəziyyətinin ağır olduğu bildirilir.   “Taliban” yaraqlıları Pakistanda qəzaya uğrayan "Mi-17" helikopterinə görə, məsuliyyəti öz üzərinə götürüb.   Terrorçular helikopterin göyərtəsində Pakistanın baş naziri Navaz Şərifin ola biləcəyini ehtimal edərək onu vurublar./