Qətər əmiri sürpriz şəkildə Türkiyəyə səfər edib
Maide.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Qətər Əmiri Şeyx Tamim Bin Həməd əl-Sani Ankaraya işgüzar səfər edib. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Prezident Sarayında Qətər əmiri Şeyx Sani ilə görüş həyata keçirdiyi və görüş başa çatdıqdan sonra Əl-Saninin Türkiyədən gedəcəyi bildirilir. Qeyd edək ki, Qətər rəsmi dövlət səviyyəsində Yaxın Şərqi terrora çalxalayan İŞİD-ə hər cür dəstək verən ölkələrdəndir.