Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 1229-a çatıb
İl ərzində Qərbi Afrikada Ebola virusuna yoluxanların sayı 2240 nəfər olub ki, bunların da 1229 nəfəri vəfat edib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST BMT-nin Dünya Ərzaq Proqramı ilə birgə Qvineya, Liberiya və Syerra-Leonedə karantin zonasında yaşayan 1 milyon əhaliyə lazımi ərzağın çatdırıldığını bildirib.