Qəzzada şəhidlərin sayı 1867-ə yüksəldi
Sionist rejimin Qəzzanın cənubundakı Rifah şəhərinə təşkil etdiyi bombardmanda 2 uşağın şəhid olduğu bildirilir. Maide.az-ın məlumatına görə, keçmiş hökumət nümayəndəsi Əşrəf əl-Kudra, "İsrailin Rifah şəhərinə təşkil etdiyi bombardmanda 12 yaşlı Məhəmməd Uveyda və 5 yaşlı qardaşı Əməl Uveyda şəhid olublar", söyləyib. Hücumların 29-cu günündə 50-dən çox fələstinlinin dünyasını dəyişdiyini deyən Kudra, ölü sayının 1867-ə çatdığını, yaralıların isə 9 min 470-i keçdiyini deyib.