Maide.az

Qəzzada atəşkəsin vaxtı uzadılıb

 İşğalçı israil və HƏMAS arasında əldə olunmuş atəşkəsin vaxtı bu gün gecə yarısına qədər uzadılıb. Bu gün səhər saat  08:00-dan 20:00-a qədər  işğalçı sionist rejim və Həmas arasında atəşkəs elan olunmuşdu.  Qəzzada 12 saatlıq atəşkəsin elan edilməsindən sonra insanlar küçələrə axışıb. Onlar öz yaxınlarının meyidlərini dağıntılar altında axtarmağa başlayıb. Maide.az-ın Fransa xəbər agentliyinə istinadən məlumatına görə, Atəşkəsin elanının ilkin saatlarında Qəzzanın müxtəlif bölgələrindən dağıntılar altından 100 fələstinlinin cəsədini çıxardıblar.  Ümumilikdə Qəzzada şəhid olanların sayının 1000 nəfəri keçib./