Maide.az

Qəzzədə ölənlərin sayı 900-ə yüksəldi

Müvəqqəti atəşkəsin başladığı ana qədər İsrail hücumlarında ən azı 900 nəfərin öldürüldüyü bildirilir.   Maide.az-ın məlumatına görə, Dr.Əşrəf əl-Kudra İsrailin Qəzza zolağına hava, quru və dənizdən təşkil etdiyi hücumlarda 250-si uşaq, 102-si qadın olmaqla ən azı 900 nəfərin öldürüldüyünü, 6 min nəfərin isə yaralandığını deyib.   Kudra İsrailin bu gün yerli vaxtla saat 07.00-a qədər təşkil etdiyi hücumlarda 24 fələstinlinin öldüyünü, təxminən 100 nəfərin yaralandığını söyləyib.     İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda dağılan ev sayının 1825-ə yüksəldiyi, ziyan görən 22 min 145 evdən 1560-nın istifadəyə yararsız olduğu bildirilir.