Maide.az

Qətərin əmirinin Səudiyyə Ərəbistana gözlənilməz səfəri

Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tani ötən axşam  Səudiyyə Ərəbistanına gedib və orada Ali Səud rəhbərləri ilə işğalçı sionist rejim ilə Həmas arasında atəşkəs rejiminin bərpa olunması haqda danışıqlar aparacaq. Qətərin əmiri Şeyx Həməd bin Xəlifə Al Tani Səudiyyə Ərəbistanın padşahı Məlik Abdullah ilə görüşəcək və artıq iki həftədən artıqdır ki, davam edən israil rejiminin Qəzzaya hücumunun dayandırılması haqda danışıqlar aparacaq. Maide.az-ın Associated Press (AP) agentliyinə istinadən məlumatına görə, ötən gün baş tutan görüşdə vəliəhd Salman bin Əbdüləziz və digər bir neçə Səudiyyə Ərəbistan rəsmisi iştirak ediblər. Görüşdə əsasən Qəzzada atəşkəs rejiminin bərpası üçün çıxış yollarının tapılması məsələsi müzakirə olunb. Səudiyyə Ərəbistanı Misirin təklif etdiyi atəşkəs rejimi layihəsini dəstəkləyir  və Həması tənqid edən tərəflərdəndir.  Digər tərəfdən Qətər  Həmas qrupunu dəstəkləyən tərəflərdəndir. /