Maide.az

Qəzzada şəhid olanların sayı 203 oldu

İsrailin illərdir mühasirədə saxladığı Qəzzaya təşkil etdiyi hücumlarda şəhid olanların sayı 203-ə yüksəlib. Maide.az-ın məlumatına görə, Fələstin hökumətinin Səhiyyə Nazirliyinin keçmiş mətbuat katibi Əşrəf əl-Kudra bildirib ki, İsrailin Qəzzanın cənubundakı Xan Yunus şəhərində bir binaya təşkil etdiyi hava hücumunda 1 fələstinlinin şəhid olub. İsrail döyüş təyyarələrinin Qəzzanın qərbində yerli bir radio stansiyasına qarşı həyata keçirdiyi hücumda 2 jurnalistin yaralandığını da söyləyən Kudra 7 iyuldan bu yana dünyasını dəyişənlərin sayının 203-ə, yaralananların isə 1522-ə yüksəldiyini deyib. Kudra dünyasını dəyişənlərin 39-nun uşaq, 17-nin isə qadın olduğunu söyləyib.