Maide.az

Putin XİN rəhbərinin müavinini ABŞ-a səfir təyin etdi

Rusiya prezidenti Vladimir Putin ölkənin XİN başçısının müavinini Anatoli Antonovu ABŞ-a səfir təyin edib. Bu barədə Kremlin saytında bildirilir.   "Anatoli İvanoviç Antonov prezident fərmanı ilə Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin olunub",-deyə məlumatda deyilir.   A.Antonov həmçinin Rusiyanın Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi təyin olunub.   Bu günə qədər həmin vəzifəni Sergey Kislyak icra edirdi.(FaktXəbər)