Maide.az

Putin və Erdoğan Trump-ın Qüdslə bağlı qərarına qarşıdırlar

Rusiya və Türkiyə razılaşıblar ki, ABŞ prezidenti Donald Trump-ın Qüdsün işğalçı İsrailin paytaxtı kimi tanımaq qərarı Qərbi Asiyadakı (Yaxın Şərq) vəziyyəti sabitsizləşdirir.   Maide.Az xəbər verir ki, bu barədə bəyanatı Rusiya prezidenti Vladimir Putin dekabrın 11-də Ankarada prezident Recep Tayyip Erdoğanla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında verib.   Elə bu mətbuat konfransında Putin deyib ki, “Türkiyənin müdafiə sənayesi üçün kredit razılaşmaları tezliklə imzalanacaq”.   Erdoğan bildirib ki, Ankara və Moskva ABŞ-ın Qüds barədə qərarına münasibətdə eyni mövqeyi bölüşdürürlər.   İki prezident bəyan ediblər ki, bu məsələ barəsində əlaqələrini davam etdirəcəklər.   Türkiyə prezidenti bildirib ki, Rusiyadan S-400 raket sisteminin alınmasına dair razılaşmanın yekunlaşdırılması məqsədilə iki ölkənin rəsmiləri yaxın həftələrdə görüşəcəklər.   Putin və Erdoğan habelə Suriya və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiklərini bidliriblər.