Maide.az

Putin BRİCS -ə üzv ölkələri ABŞ-ın düşmənçilik siyasətləri ilə mübarizəyə çağırıb

Rusiya Prezidenti Viladimir Putin Beş sürətlə inkişaf edən ölkə (BRICS) təşkilatına üzvə ölkələrdən istəyib ki, ABŞ-ın rəsmi Vaşinqtona zidd ölkələr və onların müttüfiqlərinə qarşı yürütüyü düşmənçilik siyasəti ilə mübarizə aparsınlar. BRİCS -ə Brazilya, Rusiya, Hİndistan, Çin və Cənubi Afrika Respublikası üzvdir.  Maide.az-ın məlumatına görə, İtartas agentliyinə müsahibə verən Putin deyib ki,  BRİCS-ə üzv ölkələr elə bir çıxış yolu tapmalıdır ki, ABŞ-ın rəsmi Vaşinqtonun siyasətlərinə zidd olan ölkələr və onların müttəfiqlərinə qarşı  düşmənçilik siyasəti və təzyiqlərinin  qarşısı alınsın. V.Putin deyib ki, artıq BRİCS-in beynəlxalq məsələlərdə rolunun artırılmasının vaxtı gəlib çatıb. “Çalışmalıyıq ki, BRİCS  qrupu böyük bir birliyə çevrilsin və ölkələrin davamlı inkişafı naminə dünyanın idarəetmə sisteminin ayrılmaz bir parçasına çevrilsin. Putin BRİCS-ə üzv ölkələrin beynəlxalq qurumlarda xüsusi ilə BMT-əd əməkdaşlıqlarının artırılmasının zəruriliyini vurğulayıb.