Maide.az

Putin Əsədlə görüşdü

Rusiya prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.   Maide.Az "APA"-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.     Onun sözlərinə görə, danışıqlar Bəşər Əsədin Soçiyə işgüzar səfəri çərçivəsində aparılıb. Görüş Rusiya prezidentinin yay iqamətgahında baş tutub.