Maide.az

Putin: Türkiyə peşman olacaq

Rusiya prezidenti Vladimir Putin deyib ki, Türkiyə Rusiyaya məxsus qırıcı təyyarəni vurduğuna görə peşman olacaq. Maide.az-ın məlumatına görə, o qeyd edib ki, Moskva “terroristlərlə əməkdaşlıqda” Ankaranın addımlarına göz yummayacaq. Putin illik çıxışında Qərb ölkələrinə müraciət edərək vurğulayıb: “Terrorla münasibətdə ikili standartlardan çıxış etməməlisiniz”. O, habelə terror qruplaşmalarını dəstəkləməyə son verməyə çağırıb. /