Maide.az

Pulsuz çimərlik şəbəkəsi yaradılır

Xəzərdə standart çimərliklər şəbəkəsi yaradılacaq. Çimərliyə giriş pulsuz, xidmətlər pullu olacaq.   Bunu iyulun 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.  Xəbəri Turan yayıb.   Nazir deyib ki, “bu sahədə “ilk qaranquş” Novxanı olacaq. Birgə layihədə nazirliyin turist strukturları və özəl sektor iştirak edəcək”.   Ə. Qarayev turistlərin təhlükəsizliyinin təmin olunduğunu da deyib:   “Biz otellərdə təhlükəsizlik ölçülərinin götürülməsi haqqında müvafiq tövsiyələr və nizamnamələr hazırlayıb, Fövqəladə Hallar Nazirliyinə təqdim etmişik. Eyni zamanda, bu gün dünyada baş verən hadisələr bizi insanların çox toplaşdığı yerlərə daha həssaslıqla yanaşmağa məcbur edir. Biz buna hazır olmalıyıq. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti bu işə cəlb olunub və lazımı işlər görülür”.   Bakı şəhər icra hakimiyyəti başçısı Hacı Abutalıbovun 2015-ci il 26 may tarixli sərəncamında göstərilir ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Ancaq Abşeron çimərliklərinin çoxunda bu sərəncam yerinə yetirilmir.