Proqnozlar Bürosu: Yanvarın 17-də hava şəraiti sabitləşək
"Yanvar ayının 17-də hava şəraiti sabitləşək". Maide.Az bildirir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, yanvar ayının 17-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Yanvar ayının 18-də havanın temperaturu bugünlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək". G.Məmmədova qeyd edib ki, sabah - yanvar ayının 16-da bəzi rayonlarda yağmursuz hava şaraiti müşahidə olunsa da, dağlıq rayonlarda yağmurla hava şəraiti hökm sürəcək.