Maide.az

Proqnozlar Bürosu: Sabah başlayacaq güclü külək aprelin 1-də zəifləyəcək

Gülşad Məmmədova: “Sabah ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək”   “Mart ayının 31-də ölkə ərazisində əsəcək güclü külək aprel ayının 1-də zəifləyəcək”.   Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.   O bildirib ki, sabah ölkə ərazisində güclü şimal-qərb küləyi əsəcək: “Aprel ayının 1-də səhər saatlarından şimal-qərb küləyinin tədricən mülayimləşməsi və günorta saatlarında şimal şərq küləyi ilə əvəz edilməsi gözlənilir”. /