Maide.az

Prokurorluq xalq etirazları barədə məlumatlara görə KİV-ləri cəzalandıracağı ilə hədələyir

Baş Prokurorluq bəyanat verərək bu ilin  yanvarında ölkə regionlarında xalq etirazları barədə “yalan” məlumatların yayılmasına görə bəzi saytlara xəbərdarlıq edib.     Əsasən Jam.az,   Qaynar-media  və  Pia.a saytları yalan məlumatlar yaymaqda ittiham olunub.   “Bu KİV-lərdən reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoymaları tələb edilib. Tələbə məhəl qoyulmazsa prokurorluq daha ciddi tədbirlər görmək zorunda qalacaq”, - bəyanatda deyilir.   Prokurorluq bundan öncə daha bir sayta Qaynar.info-ya xəbərdarlıq edib.   Bundan əvvəl olduğu kimi, prokurorluq Mətbuat Şurasının yanvarda KİV-də keçirdiyi monitorinqin gəldiyi nəticələrə əsaslanıb.   Sözügedən KİV-lər həmçinin təxribat xarakterli çağırışlarda, müxtəlif şəhərlərdə etiraz aksiyalarının gözlənilməsi barədə xəbərlər yaymaqda ittiham olunublar.contact /