Maide.az

Prezident seçkilərinə hazırlıq başlayıb

“Seçkilərə hazırlıq əvvəlki illərdə olduğu kimi, yanvar ayından başlayıb. Seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq”.   Maide.Az bildirir ki,  APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.   Bu il oktyabr ayında Azərbaycanda prezident seçkisi keçiriləcək.   Azərbaycan müstəqillik əldə etdikdən sonra buna qədər ölkədə 6 prezident seçkisi keçirilib.