Maide.az

Post-İslam dövrünün muzeyi - FOTO

İslam erasından sonrakı dövrə aid olan İranın qədim muzeyi, ölkənin milli muzeylər kompleksinin tərkib hissəsinə daxildir.   Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, muzey üç mərtəbədən ibarətdir.   Muzeyin 1-ci və 2-ci mərtəbəsində 7 zal var. Birinci mərtəbədə Quran, Timuri, Səfəvi və Qacar zalları yerləşib. İkinci mərtəbədə isə, Səlcuki və İlhanı zalları yerləşir. Muzey tarixlər üzrə sıralanmış 1500 artefaktdan ibarət 170 vitrinə malikdir.