Maide.az

Poroşenkonun ABŞ-dakı səfiri vəzifədən uzaqlaşdırılıb

Ukrayna prezidenti Petro Poroşenko Birləşmiş Ştatlardakı səfiri Aleksandr Motsik vəzifəsindən uzaqlaşdırıb. Sərəncam aprelin 14-də verilib, ancaq səbəb göstərilməyib.   Motsyk 2010-cu ilin iyunundan Vaşinqtonda səfir kimi çalışırdı. Onu keçmiş prezident Viktor Yanukoviç təyin etmişdi. Yanukoviç 2014-cü ilin fevral etirazlarında devrilib.   Birləşmiş Ştatlar Ukraynanın separatçılarla mübarizəsində əsas müttəfiqidir.   Ukrayna mediası yazır ki, Motsiki Poroşenko administrasiyası rəhbərinin müavini Valeri Çalıy əvəzləyə bilər. Çalıy aprelin 3-də deyib ki, Poroşenko təklif etsə, bu vəzifəni qəbul edər ("Azadlıq" radiosu).