Polislər Bakının `ölüm körpüsü`nü sutkalıq mühafizə edirlər
Bakıda "Koroğlu" stansiyası yaxınlığındakı körpüdə intihar hallarının qarşısını almaq üçün Daxili İşlər Nazirliyinin mühafizə xidməti sutkalıq iş rejiminə keçib. Trend-in məlumatına görə, körpünün hər iki hissəsində polis əməkdaşları mühafizə xidməti həyata keçirirlər. Qeyd edək ki, son aylar "ölüm körpüsü" adlanan bu ərazidə intihar etmək istəyənlərin sayı artıb. /