Maide.az

Polis kredit məsələsinə qarışdığını etiraf etdi-RƏSMİ AÇIQLAMA

Azərbaycanın Daxili İşlər Nazirliyi bankla müştərilər arasında kredit mübahisəsinə qarışdığını etiraf edib.   DİN əməkdaşı bu il mayın 5-də «NBC Bank» ASC-nin rəhbərliyinin Nazirliyə müraciət edərək banka kredit borcu olan müştərilərin bir qisminin götürdükləri kreditləri təyinatı üzrə və ya düzgün istifadə etmədiklərini bildirib. Müraciətdə  həmçinin, girov predmeti olan avtomobilləri qanunsuz olaraq başqa şəxslərə mülki etibarnamə əsasında satdıqları, həmin nəqliyyat vasitələrini bilərəkdən gizlədərək kredit borclarının ödənişindən qəsdən yayındıqlarını da bildiriblər.   O.Mansurzadə deyib ki, ba nk rəhbərliyinin həmin müraciətinə baxılıb və DİN rəhbərliyi sözügedən məsələnin araşdırılmasını Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilib.    “Araşdırma zamanı müəyyən edilib ki, Sumqayıt şəhər sakini Xıdırov Əliyar   Həsən oğlunun 01 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə «NBC Bank» ASC-yə 54 677 manat əsas borcu və  8 847 manat faiz borcu var. Ona görə cari il oktyabrın 23-də  araşdırma zərurəti ilə əlaqədar Ə.Xıdırovun sərhədkeçməsinə məhdudiyyət tətbiq edilib. O, hava limanından Almaniya Federativ Respublikası istiqamətində gedərkən saxlanılıb və izahat vermək üçün istintaqa gələcəyi barədə iltizam alınmaqla sərbəst buraxılıb”.   Xatırladaq ki, Sumqayıt şəhər sakini Ə. Xıdırovun polis tərəfindən qanunsuz olaraq saxlanılması və ölkədən çıxışına qadağa qoyulması ilə bağlı hüquqşünas Əkrəm Həsənov məlumat yayıb. Bildirib ki, banka və digər qurumlara olan kredit borcu, başqa öhdəliklər bağlı polisin vətəndaşı saxlaması qanuna ziddir.   “Vətəndaşların ölkədən çıxışına qadağa qoyulması Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 9.3.6-cı maddəsində göstərilir ki, vətəndaş borcunu könüllü  ödəmirsə, onu buna məcbur etmək üçün məhkəmə qərarı olmalıdır. Əgər məhkəmə qərarını da icra etməsə, icra məmurunun təqdimatına əsasən onun barəsində ölkədən çıxışan qadağa qoyulması ilə bağlı 2-ci məhkəmə qərarı olmalıdır. Yalnız  bundna sonra Miqrasiya xidmətində vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilər. Polis bu məsələdə qanunla  heç nə edə bilməz”.   Narazılıq da bundan yaranıb. Bu gün isə bununla bağlı daha bir şikayət daxil olub. Ə.Həsənov bildirib ki, Bakı sakini, onkoloji xəstə olan Əsli Əliyeva da “NBC Bank”dan aldığı kredit borcuna görə aeroportdan geri qaytarılıb. Hüquqşünas vətəndaşların pozulan hüquqlarının bərpası üçün hökumətə müraciət edəcəyini vurğulayıb. (cebhe.info)