Polşalı diplomatlar Rusiyadan qovuldu
Rus diplomatların Polşadan çıxarılmasına cavab olaraq çoxlu sayda polyak diplomat Rusiyadan xaric edilib. Maide.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya Departamentinin bəyanatında deyilir: “Öz statuslarına uyğun olmayan fəaliyyətlərinə görə çoxlu sayda polşalı diplomat ölkəmizi tərk edib”. Qeyd edək ki, bundan öncə xəfiyyəlikdə şübhəli bilinən Kolonel Zbignieu adlı şəxslə əlaqələrinə görə Polşa hakimiyyəti Rusiya səfirlyinin əməkdaşını ölkədən uzaqlaşdırıb. Polşa Milli Müdafiə Nazirliyi bildirib ki, səfirliyin əməkdaşı diplomat yox, Rusiya Baş Kəşfiyyat İdarəsinin üzvüdür.