Maide.az

Polşada qasırğa 17 min sakini işıqsız qoyub

Polşanın mərkəzi hissəsindəki Lodz əyalətində qasırğa ciddi fəsadlara səbəb olub.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hadisə nəticəsinə 17 mindən çox sakin işıqsız qalıb. 20-dən çox tikiliyə ziyan dəyib.   Əyalət ərazisində Jivets-Vengerska Qora dəmiryol marşrutu üzrə hərəkət dayandırılıb.   Bölgə rəhbərliyinin məlumatına əsasən sakinlər 570 dəfə xilasedicilərə müraciət ediblər.