Maide.az

PKK terrorçuları məscidi silah anbarı kimi istifadə ediblər

Türkiyənin Diyarbəkir şəhərinin Silvan qəsəbəsində PKK terrorçuları bir məscidi silahların saxlanıldığı anbar kimi istifadə ediblər. Maide.az dunyabulleteni.net-ə istinadən xəbər verir ki, məsciddə aparılan axtarışlardan sonra çoxlu sayda bomba, partlayıcı qurğuların hazırlanmasında istifadə edilən ammonium nitrat, mərmilər, PKK-ya məxsus sənədlər və digər əşyalar tapılıb. Məlumata görə, terrorçular silahların üzə çıxmaması üçün onların üstünə namaz qılmaq üçün istifadə edilən səccadələri örtüblər. Qeyd edək ki, son 1 ay ərzində PKK terrorçuları Türkiyənin müxtəlif bölgələrində terror aktları həyata keçirirlər. Hazırda Türkiyə ordusu terrorçulara qarşı geniş əməliyyatları davam etdirir. /