Maide.az

PKK-dan Türkiyəyə növbəti hücum

Reuters-in yaydığı məlumata görə, avqustun 1-də İranla sərhəddə yerləşən Ağrı vilayətinin Doğubəyazit rayonuna aid Qarabulaq Jandarma binasına 2 ton bomba ilə yüklənmiş traktorla intihar hücumu edilib. Nəticədə təhlükəsizlik qüvvələrinin iki əməkdaşı ölüb, 24-ü yaralanıb.   Avqustun 2-nə keçən gecə Mardində də 1 əsgər ölüb, 8-i yaralanıb.   Bir qrup PKK terrorçusu tərəfindən Gəlinkaya bölgəsindən keçən neft borusuna hücum olub. Əraziyə göndərilən təhlükəsizlik qüvvələrinin hərəkəti zamanı mina partlayışı baş verib.   PKK-nın Türkiyənin cənub-şərqinə hücumu iyulun ortalarından kəskin artıb. İyulun 24-dən Türkiyə İraqın şimalındakı PKK düşərgəsinə hava hücumuna start verib. /