Peyğəmbərin (s) rehləti münasibətilə 84 tonluq əriştə şorabası bişirilir
Peyğəmbəri Əkrəm Muhəmməd Mustafanın (s) rehləti münasibətilə Şirazda 84 tonluq əriştə şorabası bişirilir. Maide.Az “Tasnim” saytına istinadla xəbər veri rki, artıq 20 ildir ki, hər il nəzr edən şəxslər və xeyriyyəçi qrumlar tərəfindən Peyğəmbərin (s) rehləti münasibətilə Şirazda əriştə şorabası bişirilir və paylanılır. “20 il öncə nəzr etdiyimiz əriştə şorabasını 1 ton miqdarında bişirdik və hər il şorabanın çəkisini artırdıq və hazırda çəki 84 tona çatıb. Şorabanın bişirilməsi üçün 3 min 200 kiloqram düyü, 100 kiloqram tərxun, 200 kiloqram mərci, 1800 kiloqram noxud, 2 min 500 kiloqram lobya və 500 kiloqram ət istifadə olunub”,-deyə nəzr şorabanı hazırlatdıran təşkilatın rəsmisi Əli İslami deyib. Onun sözlərinə görə, şorabanın hazırlanması prosesində Əhli-beyt (ə) aşiqlərindən 1300 qadın və kişi iştirak edir. “Artıq əriştə şorabasının bişirilməsi üçün hazırlıq işlərinə cümə axşamı günü başlanılıb və bazar günü Peyğəmbərin (s) rehləti günü ehsanımız paylanılacaq”. Ə.İslami deyib ki, bişirilmiş şoraba ehtiyaclı ailələrə, qocalar evinə, kimsəsiz şəxslərə, xəstəxana və hərbi hissələrə paylanılır.