Maide.az

Peyğəmbəri-Əkrəmin (s) Əbu Əyyub Ənsariyə beş tövsiyəsi

Bir gün Əbu Əyyub Xalid ibn Zeyd Ənsari Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi:   –Ey Allahın Rəsulu! Mənə qısa tövsiyələr et ki, bəlkə onları yadımda saxladım (və onlara əməl etdim). Həzrət buyurdu:   –Sənə beş əməli tövsiyə edirəm:   1. İnsanların əllərində olanlardan ümidini üz ki, həqiqətən, bu zənginlikdir;   2. Tamahkarlıqdan çəkin ki, həqiqətən, bu özü mövcud yoxsulluqdur;   3. Namazını “vida namazı” kimi qıl;   4. Üzrxahlığa məcbur olacağın işdən çəkin;   5. Özünə sevdiyini (mömin) qardaşın üçün də sev!”    (“Biharul-ənvar”, 74-cü cild, səh. 168.)   Maide.az – Maarif bölümü