Maide.az

Peyğəmbər (s) və imam Əlinin (ə) yaxın səhabəsi Salman Farsi haqqında serial çəkilir

İslam Peyğəmbəri (s) və imam Əlinin (ə) yaxın əshabəsi Salman Farsinin həyatı haqqında serial çəkilir.    Maide.Az “jamnews”-a istinadən xəbər verir ki,  hazırda seriyalın çəkilişi üçün hazırlıq işləri gedir. Belə ki, serialın ssenarisi yazılıb. Serialın çəkiliş aparılacağı bölgələr müəyyən olunub və yaxın 2-3 ay ərzində  serialın çəkilişlərinə start veriləcəyi bildirilir.    Serial İran İslam Respublikasının Dövlət Televiziyasının sifarişi ilə tanınmış  kinorejissor, “Muxtarnamə” serialının rejissoru olmuş Davud Mirbaqiri tərəfindən çəkiləcək.    Serialda Salman Farsinin həyatından – uşaqlıq illəri, gənclik illəri, İslam dinini qəbul etdiyi  və Peyğəmbərlə (s) bir olduğu dövr, ölümündən -  bəhs edilir.    40 seriadan ibarət olacaq filmin hər bölümü 50-55 dəqiqə olacaq.    Çəkilişlərin İsfahan əyalətində aparılacağı bildirilir.