Maide.az

Peyğəmbər yalnız `Çağırış` filmiylə izah edilməz

İstanbulda təşkil edilən "Rəftar və Vizuallıq" konfransında çıxış edən Məcid Məcidi, "Hz. Məhəmmədin (s) həyatıyla əlaqədar yalnız "Çağırış" filmi var. Çox təəssüf ki, Qərbə Peyğəmbərimizi tanıda bilmədik. Təbii ki, bu vəziyyətdə düşmən də düşmənliyini edəcək", - deyib.   Məcidi, "son illərdə Qərbdə çoxalan islamafobia və baş verən bəzi hadisələr üzündən özümü bir rejissor olaraq məsul hesab edirəm. İslamın izahatı mövzusunda dünyada böyük bir boşluq var. Bu boşluğun doldurulması lazımdır. Bizim də Peyğəmbərumuz və İslama dair dünyaya söyləyəcək çoxlu sözümüz var.   Müharibə hər kəs üçün düşmən, ölüm, atəş mənasını verir, ancaq "düşmən ərazilərindəki meyvəli-meyvəsiz ağacları kəsməyin, əkinləri yandırmayın, sizə etiraz etməyə gücü çatmayan yaşlılara, xəstələrə, ifliclərə, baxdığı hədəfi görə bilməyən korlara əsla toxunmayın", - deyən Hz.Məhəmməd (s) üçün müharibənin mənası tamamilə fərqlidir. Onun qədər gözəl bir dünyagörüşünə sahib heç kim yoxdur" , - söyləyib.   Məcidi Hz.Məhəmməddən (s) bəhs edən bir film üzərində işlədiyi üçün xoşbəxt olduğunu dilə gətirərək, "islam Peyğəmbəri bizim üçün yol göstərən işıq, kino da bu yolda bir fürsətdir. Bu filmlə çox böyük bir işə imza atdıq. İranda çəkilən film üçün Məkkə və Mədinə şəhərlərini özündə əks etdirən böyük səhnələr qurduq və hər mövzuda mütəxəssislərə məsləhətləşərək, hərəkət etdik. Filmdə qəti şəkildə peyğəmbərimizin surətinə yer verilməyəcək, əxlaqı və möcüzələri ön plana çıxarılacaq", - deyə danışıb.   Məcidi filmin çəkilişlərinin tamamlandığını, montaj mərhələsində olduqlarını, qısa müddətdə filmi tamamlamağı ümid etdiklərini bildirib.