Peskov: Netanyahu və Putin Suriyada əməkdaşlıq imkanları haqqında müzakirə aparıb
Rusiya prezidenti Vladimir Putin ilə sionist rejimin baş naziri Binyamin Netanyahunun Suriyada əməkdaşlıq imkanlarını müzakirə edib. Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Kremlin Sözcüsü Dmitriy Peskov deyib. Onun sözlərinə görə, danışıqlar müxtəlif formatlarda Suriyada əməkdaşlıq imkanlarını nəzərdə tutub. Lakin hələlik hansı formatın olması və hansı tərəflərin iştirakı məsələsi araşdırılır.