Peruda maraqlı təşəbbüs – Dumandan su toplayırlar- FOTO
Peruda “Susuz Perulular” kimi tanınan tayfa liderlərinin bir qrupu maraqlı təşəbbüsə əl atıb. Maide.Az xəbər verir ki, onlar dumandan su toplamaq üçün Perunun paytaxtı Limada “Villa Maria Del Triunfo” təpəsində torlar quraşdırıblar. Bu torların yanında su çənləri var və dumanın rütubəti torlar vasitəsi ilə çənlərə dolur. Beləliklə onlar suya olan tələbatını dumanın rütubətindən təmin edirlər. Fotoları təqdim edirik: