Maide.az

Peruda daşqınlar səbəbi ilə 10 minə yaxın insan təxliyə edilir

Peruda daşqınlar səbəbi ilə 10 minə yaxın insan təxliyə edilir.   Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Perunun prezidenti Pedro Kuçinski deyib.   "Hazırda Katakaos şəhərində olan 10 min insanın təhlükəsiz yerlərə təxliyə edilməsi vacibdir. Bunun üçün onların yerləşdirilməsi üçün 2-3 mərkəz tikilməlidir", - Pedro Kuçinski deyib.   Dövlət başçısı deyib ki, təxliyə edilən insanlar o mərkəzlərdə 1 ay qalmalı olacaqlar.