Maide.az

Pentaqonun hesabatı: Çinli pilotlar ABŞ-ı vurmaq üçün təlim keçir

Pentaqon tərəfindən hazırlanan hesabatda, Çinli pilotların uzun mənzilli bombardman təyyarələrlə ABŞ-a qarşı əməliyyatlara hazırlandığı bildirilir.   Maide.Az "mynet.com"a istinadən xəbər verir ki, hesabatda, uzun mənzilli bombardman təyyarə donanmasını genişləndirən Çinin, bu təyyarələri idarə edən pilotları ABŞ-a qarşı əməliyyatlar üçün hazırladığı qeyd edilir.   "Son üç ildə Çin Xalq Qurtuluş Ordusu xaricdən gətirilmiş bombardman təyyarə donanmasını böyük həcmdə genişləndirdi, kritik dəniz bölgələrində təcrübə qazandı və ABŞ-la müttəfiq hədəflərə qarşı təlim keçirməsi mümkündür " deyə qeyd edildi.   Bu il hazırlanan hesabatda, Çinin uzun mənzilli bombardman təyyarələrini nüvə silahı daşımaq üçün təkmilləşdirdiyi də iddia edilir.   Çin rəhbərliyinin, ordunun modernləşdirilməsi üçün əhəmiyyətli addımlar atdığı bildirilir.