Pentaqon: Türkiyə İŞİD-ə qarşı əməliyyatlarda iştirak etməlidir
"Türkiyə İŞİD qruplaşmasına qarşı anti-terror əməliyyatlarına qoşulmalıdır". Bunu mətbuat konfransında sualları cavablandıran Pentaqon rəhbəri Eşton Karter bildirib. "Biz istəyirik ki, Türkiyə İŞİD-ə qarşı mübarizədə daha çox səy göstərsin. Sizin konkret sualınız Türkiyənin "beynəlxalq anti-terror" koalisiyasının hərbi hava əməliyyatlarına qoşulması ilə bağlı oldu. Türklər, prinsip etibarı ilə bunu etməyə razılaşıblar. İndi onlar anti-terror əməliyyatlarına qoşulmalı və onda iştirak etməlidirlər". Karter bunu "ABŞ-ın Türkiyədən istəklərinin yalnız bir hissəsi adlandırıb və Türkiyənin bunu etməyə hazır olduğunu bildirib".