Maide.az

Pensiya qanununda dəyişiklik gözlənir

“Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinin nəzərdə tutulduğu bildirilir.   Layihənin Milli Məclisin fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulduğu qeyd edilir.   Modern.az-ın xəbərinə görə, qanun layihəsi təklifini parlamentə prezident göndərib.   Yanvarın 31-də layihə ilə bağlı yaradılan işçi qrupunun genişləndirilmiş tərkibdə iclası keçirilməlidir.   Fevralın 3-də isə layihə, əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılmalıdır.   Təkliflərin məzmunu, hələlik, açıqlanmır.