Maide.az

Paytaxtın bu yolu tamamilə yenilənir

Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində təmir işləri davam etdirilir.   Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, artıq yeni dönmə əməliyyatı üçün nəzərdə tutulan keçid hazırdır.   Genişləndirilən digər ərazidə səki daşları düzülərək köhnə asfalt-beton örtüyünün qaşınması işləri başa çatdırılıb.   Qeyd edək ki, bu gün səhər saatlarından yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.