Paytaxtda maşın iki piyadanı vuraraq öldürüb
Ötən gün respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəzalar nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Ölümlə nəticələnən yol qəzaları Bakı şəhərində qeydə alınıb və hər ikisi piyadaların vurulması ilə bağlı olub. /