Maide.az

Partiya sədri həbs edilib

Azərbaycan Vahid Kommunist Partiyasının (AVKP) rəhbəri Musa Tukanov həbs edilib.   Oğlu Akif Tukanov da bu barədə məlumatı təsdiqləyib.   M.Tukanov Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) maddəsi ilə ittiham olunub. Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib.   M.Tukanovun oğlu deyib ki, hazırda atasının müdafiəsinin təşkili məsələsini müzakirə edir.   Musa Tukanov Azərbaycan Karlar Cəmiyyətinin sədr müavinidir.   Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tukanov rəhbərlik edib. Ancaq partiyanın dövlət qeydiyyatı olmayıb.(azadliq.org)