Parlament seçkilərində namizədə qarşı terror əməliyyatı- İraqda
Ötən gecə bir qrup silahlı Mosulun cənubunda Zakə kəndində Əl-Vətəniyyə blokunun namizədlərindən olan Faruq Məhəmməd Zərzurun evinə hücum edərək, onu terror edib. Maide.Az “alsumaria”a istinadən xəbər verir ki, terror hadisəsini törədən şəxslər hadisə yerindən qaçıb. Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. F.Məhəmməd Zərzurun xəsarət aldığı və ya öldürüldüyü ilə bağlı məlumat verilməyib. Qeyd edəkki, İraqda parlament seçkiləri may ayının 12-də keçiriləcək. Seçkilərdə namizədliyini irəli sürmüş şəxslərin çoxuna qarşı terror əməliyyatları həyata keçirilib. İraqın müxtəlif bölgələrində keçirilən bu terror hadisələri nəticəsində namizədlərdən bir çoxu yaralanıb.