Parkomatların `Okey` düyməsini kim sındırır? - VİDEO
Bakıda 3 il əvvəl parkomat aparatları quraşdırılanda sürücülər sevindilər. Hamı deyirdi ki, bu düyməli "qara qutu" şəhərdə avtomobillərin nizamsız saxlanmasının, tıxacın qarşısını alacaq. Amma, bir müddət sonra sürücülərin işini asanlaşdırmalı olan parkomatın içindən problemlər çıxmağa başladı. Məlum oldu ki, parkomatların əksəriyyəti üçün düzgün yer seçilməyib. Yol polisi də irad bildirdi. İndi isə başqa problem çıxıb ortalığa. Nə qədər qəribə olsa da, parkomatların düymələri işləmir. Xüsusilə, ən vacib olan "Okey" düyməsi. Sürücülərin dediyindən belə qənaətə gəlmək olur ki, problemlər əslində “hər parkomata bir nəzarətçi” prinsipindən qaynaqlanır. İndi elə vəziyyət yaranıb ki, aparatlara nəzarət edən nəzarətçilərin özünə nəzarət lazımdır. Park olunan 10 avtomobilin yarısının ödənişi aparata, yarısı da nəzrətçinin cibinə gedir. (atv) /